İsrail 200-dən çox cəsəd təhvil verib

15:22 - 31 Oktyabr 2025 - DÜNYA

HƏMAS hərəkatı ilə razılaşmadan sonra İsrail hakimiyyəti Qəzza anklavında İsrail qüvvələri tərəfindən öldürülən 200-dən çox fələstinlinin cəsədini Qəzza Səhiyyə Nazirliyinə təhvil verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi bu məlumatı açıqlayıb.

Nazirlik bildirib ki, HƏMAS-İsrail atəşkəs razılaşması qüvvəyə minəndən bəri ümumilikdə 225 fələstinlinin cəsədi Səhiyyə Nazirliyinə təhvil verilib.

Nazirliyin əvvəllər qeyd etdiyi kimi, şəxsiyyəti müəyyən edilə bilməyən fələstinlilərin qalıqları Qəzzanın mərkəzində yerləşən xüsusi qəbiristanlıqda dəfn edilib.

Xəbər xətti