"Qarabağ" - "Çelsi" oyununa nə qədər bilet satılıb?

14:49 - 31 Oktyabr 2025 - İDMAN

Bakıda "Qarabağ" və İngiltərənin "Çelsi" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununa indiyədək 27 250 bilet satılıb.

Bu barədə Ucnoqta.az-a Ağdam klubundan məlumat verilib.

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Xatırladaq ki, stadionun tutumu 31200 nəfərdir.

Xəbər xətti