Uçuş təhlükəsizliyini təmin etmək üçün Volqoqrad Hava Limanında təyyarələrin gəlişi və yola düşməsinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Ucnoqta.az xəbər verir ki, Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) bu barədə məlumat verib.
Həmçinin, Tambov hava limanında təyyarələrin gəlişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
"Təyyarələrin gəlişi və yola düşməsinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Məhdudiyyətlər uçuş təhlükəsizliyini təmin etmək üçün zəruridir", - deyə açıqlamada bildirilir.