Azərbaycan Ukrayna ilə bərabərə qaldı

22:00 - 9 Sentyabr 2025 - Cəmiyyət

Azərbaycan milli komandası bu gün DÇ-2026-nin seçmə mərhələsində ikinci oyununa çıxıb.

Ucnoqta.az xəbər verir ki, milli komanda Bakıda Ukrayna yığmasını qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Milli komandaya baş məşqçi təyin olunduğu gündən ardıcıl məğlubiyyətlərdən sonra istefaya göndərilən baş məşqçi Fernandu Santuşu U-21 millimizin və "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov əvəzləmişdi.

Azərbaycan milli DÇ-2026-nin seçmə mərhələsində ilk xalını qazanıb. 

9 sentyabr

DÇ-2026, seçmə mərhələ

D qrupu

20:00. Azərbaycan - Ukrayna - 1:1 

Qol: Georgiy Sudakov, 51, Emin Mahmudov, 72 - pen.

Baş hakim: Vassilis Fotias (Yunanıstan)

Tofiq Bəhramov adına Respublika Stadionu

Xəbər xətti