Cənubi Koreyada qadın əri ilə mübahisə etdikdən sonra qonaq otağına benzin tökərək yandırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Korean Herald” məlumat yayıb. Cənubi Koreyada qadın əri ilə mübahisə etdikdən sonra yaşayış binasını qəsdən yandırmaqda şübhəli bilinir.
Yanğın avqustun 25-də yerli vaxtla saat 22:55-də Gyeongsangnam-do əyalətinin Geoje şəhərində yaşayış kompleksinin ikinci mərtəbəsindəki mənzildə başlayıb. Hadisə ilə əlaqədar 53 sakin təxliyə edilib. 20 nəfər yüngül dərəcədə dəm qazından zəhərlənib, yanğından dəyən maddi ziyan 30 milyon von (1,8 milyon rubl) qiymətləndirilir. Polis şübhəlinin oturma otağına benzin tökərək alışqanla yandırdığını güman edir.
Cütlük yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Şübhəli ən çox on ilə qədər həbs cəzası ilə ittiham olunur.