Ucnoqta.az
www.ucnoqta.az

"Miray" ləqəbli tiktoker saxlanıldı

18:17 - 28 Avqust 2025 tarixində dərc olunub.

Azərbaycanda daha bir tiktoker saxlanılıb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, "Miray" ləqəbli tiktoker Aysel Mustafayeva Sumqayıtda polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində olan iddialarla bağlı araşdırma aparılır.

Qeyd edək ki, "Miray" TikTok-da qeyri-etik ifadə və davranışları ilə məşhurdur.

Müəllif: Ucnoqta.az redaksiyası