Qazaxıstanda güclü zəlzələ baş verib

15:29 - 23 İyul 2025 - DÜNYA

Qazaxıstanın şərqində 5,2 bal gücündə zəlzələ baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə iyulun 23-də Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) saytında məlumat verilib.

Təşkilatın məlumatına görə, seysmik hadisə Ust-Kamenoqorskdan 81 km cənubda baş verib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Xəbər xətti