Şevçenkonun oğlu İngiltərə klubu ilə müqavilə imzalayıb

11:02 - 23 İyul 2025 - İDMAN

Andrey Şevçenkonun oğlu İngiltərə klubu ilə müqavilə imzalayıb

Ucnoqta.az komandanın saytına istinadən xəbər verir ki, 2004-cü ilin “Qızıl top” sahibi Andrey Şevçenkonun oğlu Kristian Şevçenko İngiltərənin “Uotford” klubu ilə ilk peşəkar müqaviləsini imzalayıb.

Hücumçu 2023-cü ildən müxtəlif "Uotford" gənclər komandalarında çıxış edib, ötən mövsüm 11 qol vurub və 8 məhsuldar ötürmə edib.

Müqavilə bir il müddətinə nəzərdə tutulub və onu daha bir mövsüm uzatmaq imkanı var.

Hücumçu Ukraynanın gənclər yığmasında (19 yaşadək futbolçular) çıxış edir. Londonda anadan olan Kristian Şevçenko 2024-cü ilin martında Ukrayna pasportu alıb.

Andriy Şevçenko Kiyev “Dinamo”, “Milan” və “Çelsi” klublarında çıxış edib, Ukrayna millisində (2016–2021) və “Cenoa”da (2021–2022) məşqçi işləyib. 2024-cü ilin yanvarında o, Ukrayna Futbol Assosiasiyasının prezidenti seçilib.

Xəbər xətti