Fələstinin HƏMAS hərəkatı İsrail tərəfi ilə atəşkəs və Qəzza zolağında vəziyyətin sabitləşdirilməsinə dair razılaşmaların bağlanmasına məsuliyyətlə və tez yanaşmaq niyyətindədir.
Ucnoqta.az xəbər verir ki, “Maan” xəbər agentliyinin məlumatına görə, bu barədə hərəkatın siyasi bürosunun sözçüsü Taher əl-Nunu bildirib.
“Biz razılığa nail olmağa məsuliyyətlə yanaşırıq”, - deyə əl-Nunu qeyd edib, .
Onun sözlərinə görə, hərəkat Qəzzada Fələstin xalqına qarşı təcavüzünə son qoyacaq razılaşmaları fəal və tez əldə etməyə çalışır.