Qazaxıstan və Özbəkistan sərhədində yanacaq və sürtkü materiallarının qaçaqmalçılığı üçün qazılmış 450 metr uzunluğunda yeraltı tunel ləğv edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qazaxıstanın Maliyyə Monitorinqi Agentliyi (AFM) məlumat yayıb.
"Prokurorluğun koordinasiyası ilə AFM-nin Türküstan vilayəti üzrə idarəsi və Milli Təhlükəsizlik Komitəsinin (DKNB) şöbəsi, habelə Özbəkistanın hüquq-mühafizə orqanlarının köməyi ilə həyata keçirilən birgə əməliyyat nəticəsində yeraltı tunel vasitəsilə neft məhsullarının qaçaqmalçılığını təşkil edən beynəlxalq cinayətkar qrupun fəaliyyətinin qarşısı alınıb", - məlumatda deyilir.
Məlumata görə, bir qrup şəxs Qazaxıstanla Özbəkistan sərhədində 450 metr uzunluğunda yeraltı tunel qazıb və qaçaqmalçılıq fəaliyyəti iki ay ərzində həyata keçirilib.
"Əməliyyat zamanı cinayət sxeminin bütün iştirakçıları, o cümlədən Özbəkistan vətəndaşları müəyyən edilib. 5 Qazaxıstan Respublikası vətəndaşı şübhəli şəxs qismində tanınıb", - AFM-dən bildiriblər.