Ermənistan və Azərbaycan sülh sazişinin paraflanması və beynəlxalq danışıqlar formatının - ATƏT-in Minsk Qrupunun ləğvi şərtlərini fəal şəkildə müzakirə edirlər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Armenpress” agentliyinə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.
"Minsk Qrupu mexanizmlərinin ləğvi və sülh sazişinin mümkün imzalanmasına gəlincə, bu, Ermənistan Respublikası üçün aydın gündəmdir və hazırda bunun hansı şəraitdə baş verə biləcəyi ilə bağlı fəal müzakirələr aparılır", - o qeyd edib.