"Real" oyunçularının olduğu təyyarə bir neçə saat eniş edə bilmədi

07:46 - 9 İyul 2025 - İDMAN

“Real Madrid”in futbolçularının olduğu təyyarə bir neçə saat Nyuark hava limanına (Nyu Cersi, ABŞ) enə bilməyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Marca” qəzeti məlumat yayıb.

İspaniya komandası turnir zamanı məskunlaşdıqları Mayamidən Nyuark şəhərinə yollanırdı. Fırtına səbəbindən uçuş saat yarım gecikib.
Eniş etməzdən əvvəl təyyarə hava limanı üzərində dövrə vurub və nəticədə "Real Madrid" Nyuarka planlaşdırıldığından dörd saat gec çatıb.

Beynəlxalq Futbol Federasiyası "Real Madrid"in baş məşqçisi Xabi Alonsonun rəsmi mətbuat konfransını və komandanın futbolçularının oyunöncəsi mətbuat konfransını ləğv edib.

Klublararası dünya çempionatının yarımfinalında “Real Madrid” Fransanın “Paris Sen-Jermen” klubu ilə qarşılaşacaq.
Qarşılaşma iyulun 9-da Nyuarkda keçiriləcək.

Xəbər xətti