ABŞ Ukraynaya dəstəyini heç vaxt dayandırmayıb ... - Dövlət Departamenti

00:00 - 9 İyul 2025 - DÜNYA

ABŞ heç vaxt Ukraynaya dəstəyini dayandırmayıb və bundan sonra da davam etmək niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, bu mövqeyi Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus keçirdiyi brifinqdə açıqlayıb.

Amerika administrasiyasının Kiyevə silah tədarükünü davam etdirmək planlarını şərh etmək istəyinə cavab olaraq Bruce bildirib ki, son fasilə ABŞ hökumətinin “yeni yanaşması və ya mövqeyi” kimi qiymətləndirilməməlidir.

"Biz onlara kömək edirik və bunu davam etdirəcəyik. Vəziyyət kifayət qədər ağırdır və bu, bizim mövqeyimizdir, həmişə belə olub. Mən şadam ki, vəziyyət aydınlaşıb", - Dövlət Departamentinin mətbuat katibi bildirib.

Xəbər xətti