Qatarla Balakənə gedənlərin nəzərinə: Qrafik dəyişdirildi

16:25 - 8 İyul 2025 - ÖLKƏ İÇİ

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) tərəfindən dəmir yollarında aparılan təmir işləri səbəbindən Bakı-Balakən-Bakı marşrutu üzrə hərəkət qrafikində dəyişikliklər edilib.

ADY-dən Ucnoqta.az-a verilən məlumata görə, Balakən istiqamətində səfər müddəti müvəqqəti olaraq 20 dəqiqə, Bakı istiqamətində isə 12 dəqiqə uzadılıb.

Təmir işləri bitdikdən sonra qatarlar əvvəlki qrafiklə hərəkətini davam etdirəcək.

Xəbər xətti