ICE birjasında Brent markalı neftin qiyməti 6%-dən çox ucuzlaşıb
Ucnoqta.az xəbər verir ki. ticarət məlumatlarına əsasən, 2025-ci ilin avqustunda çatdırılma üzrə Brent markalı neftin fyuçerslərinin qiyməti Londonun ICE birjasında 6,02% azalaraq 71,07 dollar/barelə düşüb.
Həmçinin, 2025-ci ilin avqustunda WTI markalı neftin fyuçersləri isə 4,58% azalaraq 70,35 dollar/barelə enib.
Bununla yanaşı, Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin avqustunda çatdırılma üzrə qızıl fyuçerslərinin qiyməti 1,09% ucuzlaşaraq 1 troy unsiyası üçün 3 413,1 dollar təşkil edib.