Rusiya Ukrayna Silahlı Qüvvələrinin 1200 əsgərinin cəsədini Ukraynaya təhvil verib.
Ucnoqta.az xəbər verir ki, bu İstanbulda bağlanan müqavilələr çərçivəsində baş tutub. Ümumilikdə Rusiya tərəfi 4812, Ukrayna tərəfi 27 cəsədi təhvil verib.
Ukrayna əsgərlərinin cəsədlərinin əvvəlki partiyası iyunun 11-də təhvil verilib. Ölən əsgərlərin əksəriyyəti Kursk, həmçinin Donetsk, Xarkov və Zaporojya vilayətlərindəndir.