Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Məsud Pezeçkian arasında telefon danışığı olub.
Ucnoqta.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pezeşkian ilə telefon danışığında bildirib ki, Ankara İsraillə münaqişənin tez bir zamanda dayandırılması və İranın nüvə proqramı üzrə danışıqlara qayıtması üçün vasitəçi kimi çıxış etməyə hazırdır.
“Prezident Ərdoğan İsrail-İran münaqişəsi ilə bağlı xarici liderlərlə bir sıra təmaslar keçirdiyini və Türkiyənin münaqişəyə tez bir zamanda son qoymaq və nüvə proqramı üzrə danışıqlara qayıtmaq üçün vasitəçi kimi çıxış etməyə hazır olduğunu bildirib”, - deyə məlumatda bildirilir.