Sabah saat 10.00-dan 24.00-a qədər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Data Mərkəzində profilaktik tədbirlərin aparılması ilə əlaqədar qurumun rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsinin (//www.e-taxes.gov.az/, //new.e-taxes.gov.az) təqdim etdiyi elektron xidmətlərdən istifadə etmək mümkün olmayacaq.
Ucnoqta.az bu barədə quruma istinadən xəbər verir.
Dövlət Vergi Xidməti yarana biləcək narahatçılığa görə üzr istəyib.