Yeməkdən əvvəl alma və xiyarın qabığını soyun

21:46 - 10 Avqust 2024 - DİGƏR

Çin alimləri axar suyun pestisidlərin çıxarılmasına zəmanət vermədiyini sübut edən təcrübə aparıblar. Bəzi məşhur kimyəvi maddələr isə qaraciyər xərçənginə səbəb olur.

Ucnoqta.az xəbər verir ki, Britaniyanın “Daily Mail” qəzeti yazır ki, çinli alimlərin apardığı araşdırma nəticəsində alma və xiyarın axar suyun altında yuyulması kifayət  deyil. Xərçəngə səbəb ola biləcək pestisidlərdən xilas olmaq üçün bu məhsulların qabığını soymaq məsləhət görülür.

Bənzər bir araşdırma karides və düyü üzərində də aparılıb. Alimlər onları adi pestisid thiram ilə səpiblər və sonra yuyublar.

Ancaq xüsusi bir plyonkadan istifadə edərək, bəzi məhsulların kimyəvi maddələrin təhlükəli dozasını saxladığını göstərdilər.

Amerikalı alimlər bəyan ediblər ki, eritritol dadlandırıcısı ürək-damar sistemi xəstəliklərinə səbəb olur.

Xəbər xətti