Aİ və Moldova təhlükəsizlik üzrə tərəfdaşlıq sazişi imzalayıb

16:14 - 21 May 2024 - DÜNYA

Avropa İttifaqı və Moldova arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Aİ-Moldova Assosiasiya Şurasının Brüsseldə keçirilən iclasından sonra keçirilən mətbuat konfransında Avropa diplomatiyasının rəhbəri Cosep Borrell bildirib.

"Moldova Aİ ilə təhlükəsizlik və müdafiə tərəfdaşlığı imzalayan ilk ölkədir. Bu tərəfdaşlıq ölkənin dayanıqlığını artıracaq.
Bu, bizə ümumi təhlükəsizlik problemlərini birgə həll etməyə, qarşılıqlı fəaliyyətimizi daha səmərəli etməyə və əməkdaşlığın yeni sahələrini kəşf etməyə imkan verəcək” - Borell deyib.

Xəbər xətti