Sinqapura uçan təyyarədə ölənlərin sayı artıb- (YENİLƏNİB)

17:19 - 21 May 2024 - DÜNYA

Sinqapur Hava Yollarına məxsus təyyarənin turbulent zonaya düşməsi nəticəsində ölənlərin sayı artıb.

Ucnoqta.az xəbər verir ki, bu abrədə Khaosod qəzeti yazıb. Məlumata görə, ölənlərin sayı iki nəfərə çatıb.

14:45

Sinqapur Hava Yollarına məxsus təyyarə güclü hava boşluğuna (türbülans) düşüb, ölən və xəsarət alanlar var.

APA BBC-yə istinadən xəbər verir ki, hadisə nəticəsində Londondan Sinqapura uçan təyyarədə bir sərnişin ölüb, 30-dan çox sərnişin yaralanıb.

Bildirilib ki, Sinqapura uçan Boeing 777-300ER Banqkoka yönləndirilib və yerli saatla 15:45-də eniş edib.

Aviaşirkətdən verilən məlumata görə, təyyarədə ümumilikdə 211 sərnişin və 18 ekipaj üzvü olub.

Xəbər xətti