Sahibə Qafarova Simonyanla görüşündən danışdı

11:45 - 21 May 2024 - SİYASƏT

Milli Məclisin sədri Sahibə Qafarova ermənistanlı həmkarı ilə görüşündən danışıb.

Ucnoqta.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında Sahibə Qafarova Cenevrədə erməni vəzifədaşı ilə ikinci görüşü barədə verib.

Görüşdə hər iki ölkənin parlamentlərinin sülh prosesinə necə töhfə verəcəyi ilə bağlı müzakirələr davam etdirilib.

Qeyd edək ki, 2024-cü il mayın 16-da Cenevrədə keçirilən Parlament Sədrlərinin VI Ümumdünya Konfransının Təşkilat Komitəsinin 1-ci İclası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyanın ikinci görüşü keçirilib.

Xəbər xətti