Sabirabadda mal-qara oğruları həbs edildi

08:45 - 21 May 2024 - HADİSƏ

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə təsərrüfatlardan oğurluq etməkdə şübhəli bilinən Nahid Quliyev və Vüsal Şıxəliyev saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, araşdırmalar zamanı onların 6 təsərrüfatdan 37 baş iri və xırdabuynuzlu heyvan oğurladıqları müəyyən edilib.

Bundan əlavə, onların Kürdəmir və Hacıqabul rayonları ərazisində də analoji faktlar törətdikləri məlum olub.

Xəbər xətti