Azərbaycanlı milyarderlərin bazarı yanır (YENİLƏNİB)

18:40 - 1 Dekabr 2023 - HADİSƏ

Moskvanın cənub-şərqindəki Sadovod bazarında 600 kvadratmetr ərazini əhatə edən yanğın söndürülüb.

Ucnoqta.az xəbər verir ki, bBu barədə TASS-a təcili yardım xidmətlərindən məlumat verilib.

"Yanğın saat 17:00 radələrində söndürülüb", - agentliyin həmsöhbəti bildirib.

Əməliyyat xidmətinin məlumatına görə, yanğın nəticəsində 2 nəfər xəsarət alıb və onlara tibbi yardım göstərilib.

13:31

“Sadovod” bazarında baş verən yanğında azı bir nəfər xəsarət alıb.

Ucnoqta.az xəbər verir ki, bu, malını xilas etməyə çalışan satıcıdır. O, xəstəxanaya yerləşdirilib.

Bu arada yanğın genişlənməkdə davam edir və artıq yuxarı mərtəbələri bürüyüb.

İnsanlar təxliyə edilib.

13:28

Moskvada “Sadovod” bazarında yanğın başlayıb.

Ucnoqta.az xəbər verir ki, Fövqəladə hallar xidmətinin RİA Novosti-yə verdiyi məlumata görə, növbətçi xilasetmə qrupları Moskvanın cənub-şərqində güclü tüstülənən "Sadovod" bazarına cəlb olunublar. Nazirlikdən verilən məlumata görə, bazarda ticarət pavilyonları yanır və təxliyyə işləri aparılır.

Hazırda yanğının baş vermə səbəbləri və ərazisi müəyyənləşdirilir.

Qeyd edək ki, bazar yəhudi əsilli azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyevin “Kiyevskaya ploşad” şirkətinə məxsusdur.

Xəbər xətti