Yollarda tıxac var - Siyahı

08:24 - 30 Noyabr 2023 - Xəbər

Bakının bir sıra küçə və prospektində tıxac yaranıb.

Ucnoqta.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, hazırda:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

3. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;

4. "20 Yanvar" dairəsində;

5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

6. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

7. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

9. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

10. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

11. Mikayıl Müşfiq küçəsi, Badamdar dairəsindən 20 saylı məktəb istiqamətində;

12. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Xəbər xətti