Türkiyə Qəzzada nizamlanmaya nail olmaq üçün səylərini davam etdirəcək - Ərdoğan

20:16 - 11 Avqust 2025 - DÜNYA

Türkiyə Qəzza zolağında tezliklə nizamlanmaya nail olmaq və bölgəyə humanitar yardım çatdırmaq üçün səylərini davam etdirəcək.

Ucnoqta.az xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada başçılıq etdiyi Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib. 

“Biz dövlətimizin bütün imkanlarını, bütün diplomatik potensialımızı səfərbər etmişik ki, Qəzzaya ümid işığı olsun.

Biz Netanyahu və onun dəstəsinin siyasi karyeralarını uzatmaq naminə regionumuzu daha da böyük fəlakətə sürükləməsinə imkan verməyəcəyik.

Qəzzadakı qəddarlığı dayandırmaq və aclıqdan əziyyət çəkən bacı-qardaşlarımıza humanitar yardımın fasiləsiz çatdırılmasını təmin etmək üçün lazım olan hər şeyi edirik” Ərdoğan deyib.

Xəbər xətti