Prezidentliyə keçmiş namizəd siyasətdən getdiyini elan etdi

00:29 - 27 May 2025 - DÜNYA

Rumıniyada milliyyətçi siyasətçi və prezidentliyə keçmiş namizəd Kalin Georgesku prezident seçkilərindən sonra siyasətdən getdiyini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, o, "Facebook"da yayımladığı videoda bildirib.
"Rumıniya prezidenti seçkiləri başa çatıb. Bununla əlaqədar olaraq, siyasi proseslərdə fəal iştirakımı dayandırmaq qərarına gəldim. İndi bütün diqqətimi ailəmə yönəltmişəm", - Georgesku deyib.

Xəbər xətti