Tramp Robert Francis Prevostu təbrik edib

22:11 - 8 May 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp yeni Papa XIV Leo ilə görüşə ümid etdiyini bildirib.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə Truth Social-da yazıb.

Amerika lideri Prevostun Müqəddəs Pyotr taxtını tutan ilk amerikalı olduğunu bilməkdən dərin qürur duyduğunu deyib. 
"Mən Papa XIV Leo ilə görüşü səbirsizliklə gözləyirəm", - Ağ Evin rəhbəri qeyd edib.

Xəbər xətti