ABŞ-da məktəbdə bıçaqlanma- ölən var

14:42 - 8 May 2025 - DÜNYA

Kaliforniya ştatının Santa Ana şəhərində bıçaqlanma nəticəsində bir məktəbli ölüb, iki nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Los Angeles Times məlumat yayıb.

Məlumata görə, hadisə çərşənbə günü axşam məktəbin girişində baş verib. Zərərçəkənlər barədə ətraflı məlumat verilməsə də, onların 13-17 yaş arası yeniyetmələr olduğu bildirilir. Zərərçəkənlərin vəziyyəti stabil qiymətləndirilir.

Hücumu törətməkdə eyni məktəbdə oxuyan iki yeniyetmə şübhəli bilinir. Onlar hadisə yerindən qaçıblar. Polis onları axtarır.

Xəbər xətti