Balıq tutan 66 yaşlı kişini "tok" vurub öldürdü

13:25 - 7 May 2025 - ÖLKƏ İÇİ

Lənkəranda 66 yaşlı kişini elektrik cərəyanı vurub.

Ucnoqta.az xəbər verir ki, hadisə Lənkəran rayonunun Velədi kəndi ərazisində baş verib.

Rayon sakini 1966-cı il təvəllüdlü Əzizağa Ağayev səhər saatlarında balıq tutmaq məqsədi ilə Lənkəran çayına gedib. O, balıq tutmaq istəyərkən qarmaq yüksək gərginlikli elektrik xəttinə toxunub. Bu zaman onu elektrik cərəyanı vurub. Ə.Ağayev hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti