"İnter"in qapıçısı Yann Sommer Çempionlar Liqasının yarımfinalında "Barselona" ilə cavab oyununda ən yaxşı oyunçu seçilib.
Ucnoqta.az xəbər verir ki, o, çoxsaylı zərbələrin qarşısını alaraq 10 seyv edib.
İsveçrəli "İnter"ə 2023-cü ildə 34 yaşında 7 milyon avroya keçib. O, 50 milyon avroya "Mançester Yunayted"ə keçən kamerunlu qapıçı Andre Onananı əvəzləyib.