Hindistan ABŞ-dan idxal edilən mallar üçün tarif dərəcələrini əhəmiyyətli dərəcədə azaltmağa razılaşıb.
Ucnoqta.az xəbər verir ki. bu barədə Amerika prezidenti Donald Tramp açıqlamasında deyib.
"Məsələn, Hindistan dünyada ən yüksək tariflərə malikdir. Biz buna dözməyəcəyik. Və onlar artıq onları azaltmağa razılaşıblar. Onları heçə endirəcəklər" – Tramp Kanadanın baş naziri Mark Karni ilə danışıqların əvvəlində jurnalistlərin suallarını cavablandırarkən deyib.