Ağsuda güclü yanğın başlayıb

11:51 - 25 İyul 2019 - Xəbər

Ağsu rayonunda güclü yanğın başlayıb.

Hadisə rayonun Keçdiməz kəndinin dağlıq ərazisində baş verib. Quru ot sahəsində başlayan yanğın qısa müddətdə ətrafa yayılıb. Hadisə yerinə Ağsu və Şamaxı rayonlarından yanğın-mühafizə xidmətinin canlı qüvvə və texnikaları cəlb edilib./trend

 

Xəbər xətti