Azercell Telekom MMC Azərbaycan rabitə bazarının lider mobil operatoru olaraq ölkədə fəaliyyətini uğurla davam etdirir. Bu barədə şirkətin 2017-ci ilin nəticələrinə dair mətbuat üçün illik hesabatında ətraflı məlumat təqdim olundu. Azərbaycanın mobil rabitə sektorunda 48.2% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in mobil xidmətlərinə üstünlük verir.
Maliyyə göstəriciləri
Şəbəkə
Ölkədə 4G xidmətini ilk dəfə abunəçilərinə təqdim edən və Azərbaycanın bütün bölgələrini yüksək sürətli mobil internetlə təmin etməyi hədəfləyən Azercell 2017-ci ildə Bakı, Abşeron yarımadası ilə yanaşı, Gəncə, Bərdə, Şəmkir və Lənkəranda da 4G stansiyaları quraşdırdı və bununla da LTE xidmətini regionlara gətirən ilk mobil operator oldu. 2017-ci ildə Azercell abunəçilərinin xidmətində olan ümumi Radio Baza Stansiyalarının sayı 5506-ya bərabər idi: 2G və 3G 4957; 4G stansiyaları- 549. Ölkədə ən böyük LTE şəbəkəsinə sahib olan Azercell-in 4G internet istifadəçilərinin sayı 2017-ci ildə əvvəlki illə müqayisədə 3 dəfə artdı, mobil internetdən istifadə həcmi isə 50% çoxaldı.
Müştəri məmnuniyyətini hər zaman öndə tutan Azercell Telekom ölkədə Müştəri Loyallığını ölçən ilk şirkətdir. Belə ki, şirkət 2017-ci ilin II rübü üçün Beynəlxalq Abunəçi Loyallığı İndeksi olan NPS qiymətləndirilməsində bütün rəqiblərini qabaqlayaraq 63% göstərici toplamışdır. Müştəri Məmnuniyyəti Sorğusunda isə Azercell-in əldə etdiyi nəticə 81% -ə bərabər oldu. Qeyd edək ki, hər iki rəqəm beynəlxalq standartlara görə yüksək göstəricidir.
• ISO 18295-1:2017 müştərinin təmas nöqtələrində xidmət tələblərinə gözlənilən və gözləniləndən üstün səviyyədə uyğunluq
Azercell-in korporativ müştərilərinə göstərdiyi yüksək xidmət və unikal təkliflər nəticəsində 2017-ci ildə 1 400-dən artıq yeni şirkət öz rabitəsini Azercell-ə etibar edərək, onun korporativ müştəriləri sırasına qoşuldu.
Azercell 2017-ci ildə keçirdiyi sərfəli və güzəştli kampaniyalar ilə də abunəçilərini sevindirdi. iPhone cihazlarının Azərbaycanda yeganə rəsmi təqdimatçısı olan Azercell Telekom-un təklif etdiyi kampaniyalar nəticəsində abunəçilər iPhone smartfonlarına sahib olmaqla yanaşı, sərfəli “Hədsiz” tarif paketindən yararlanmaq imkanı da qazandılar. Nəticədə, Azercell abunəçiləri arasında smartfon penetrasiyası 20% artdı.
Məhsul və xidmətlər
Azərbaycanın rabitə bazarına innovativ yeniliklər və müasir xidmətlər gətirən Azercell ötən il də bu sahədə fərqlənib. Ölkəmizdə ilk dəfə “Virtual ATS” xidmətini istifadəyə verməklə Azercell şirkətlərə rabitənin yeni səviyyəsindən yararlanmaq imkanı yaradıb. Bu həll şirkətlərə mobil və stasionar telefonları ümumi şəbəkəyə birləşdirməyə imkan yaradır. “Virtual ATS” xidmətilə şirkətlər daxil olan zəngləri qəbul etmək və paylamaq üçün vahid çoxkanallı nömrə əldə edir. Xidmət mövcud və potensial müştərilərlə ünsiyyəti asanlaşdırır, həmçinin şirkətin ofisləri və bölmələri arasında rabitənin effektivliyini artırır.
Azercell 2017-ci ildə “Azercell Plus” çətiri altında əlavə xidmətləri ilə də abunəçilərini sevindirdi. Burada təqdim olunan xidmətlərin hamısı müştərilərin rahatlığı üçün bir yerdə toplanıb və müxtəlif kateqoriyalara bölünüb. Belə ki, “Azercell Plus” xidmətləri vasitəsilə istənilən zaman və yerdə musiqi dinləmək və video izləmək, müxtəlif dillərdə kitab oxumaq, cihazların müdafiəsini təmin etmək, mobil cihazların təhlükəsizliyini və uşaqların İnternetdə keçirdiyi vaxtı idarə etmək mümkündür.
Azercell Telekom bazarının ən son yeniliklərini baş sponsoru olduğu Bakutel Telekommunikasiya sərgisində də abunəçilərinə təqdim etdi. Azercell özünün əsas texniki tərəfdaşı Ericsson şirkəti ilə birgə simsiz rabitənin imkanlarını genişləndirmək məqsədilə ölkədə VoLTE xidmətini sınaqdan keçirən ilk şirkət oldu. Nəzərinizə çatdıraq ki, VoLTE texnologiyası 4G (LTE) şəbəkəsi vasitəsilə səsli zənglər həyata keçirməyə və abunəçilərə ən yüksək keyfiyyətli (HD) səsli və video zəng xidmətlərindən faydalanmağa imkan verir. Bundan əlavə “Bulud” texnologiyaları”, “Smart parking” “Connected cube” adlı texnoloji həllər də Azercell-in nümayiş etdirdiyi yeniliklər sırasında oldu.
Sosial məsuliyyət
Fəaliyyət göstərdiyi 21 ərzində çoxsaylı Korporativ Sosial Məsuliyyət layihələrini həyata keçirən Azercell Telekom ötən il də ənənəsinə sadiq qaldı. 2017-ci ildə şirkət ölkədə müxtəlif sosial layihələrin həyata keçirilməsinə, sahibkarlığın, insan qaynaqlarının inkişafına ümumilikdə 1 milyon 800 min manat, 1996-2017-ci illər ərzində isə 18 milyon 718 min 649,12 ABŞ dolları həcmində vəsait sərf edib.
- İnternetdə uşaqların müdafiəsinə xüsusi önəm verərək Azercell Bakı məktəblərində şagirdlər, müəllimlər və valideynlər üçün kiber-təhlükəsizlik mövzusunda təlimləri həyata keçirir. Azərbaycan Müəllim İnkişafı Mərkəzi ilə birgə əməkdaşlıqda "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" mövzusunda keçən təlimlər inkişaf edən texnologiyalar aləmində uşaq və valideynlərin müxtəlif təhlükələrdən necə müdafiə olunmasından ətraflı söhbət açır.
- Azercell-in Barama İnnovasiya və Sahibkarlıq mərkəzi gənc startaplara dəstək olmaqda davam edir. İl ərzində 80 tədbir - texnoloji, qrup çalışmaları, forumlar, təlimlər, görüşlər, müsabiqələr, sosial və mədəniyyətlə bağlı layihələr keçirildi. Regionlarda və Bakıda Baramanın 4 yeni filialı açıldı, 5 beynəlxalq tədbir və 20 startap layihəsinin inkubasiyası keçirildi.
Ölkədə gənclər arasında mütaliə mədəniyyətini artırmaq, yerli müəlliflərimizi tanıtmaq, eləcə də dinamik həyatımızda intellektual istirahət imkanı təqdim etməyi qarşısına məqsəd qoyan Azercell Telekom “Gənclər kitab oxuyur” adlı layihə çərçivəsində “Starbucks” Azərbaycan kafelərində oxu günləri təşkil etdi.
Azercell tərəfindən həyata keçirilən bütün bu işlər yerli və beynəlxalq qurumların diqqətindən kənarda qalmadı və şirkət ötən il beynəlxalq və yerli ödüllərə layiq görüldü. Azercell Telekom “Keyfiyyətdə Mükəmməllik” beynəlxalq konfransında milli bazar və beynəlxalq reytinqdə güclü mövqeyinə, müasir idarəetmə texnologiyalarının uğurla həyata keçirilməsinə, əməkdaşların yüksək hazırlıq səviyyəsinə və səmərəli marketinq strategiyasına görə İsveçrədə xüsusi ödülə layiq görüldü. Şirkət prezidenti Vahid Mürsəliyev Avropa Nəşr Mətbuat Evi” tərəfindən “Ən yaxşı vətənpərvər müəssisə rəhbəri” kimi mükafatlandırılıb, qızıl medalla təltif olundu.
Bütün bu və burada qeyd olunmayan digər çoxsaylı göstəricilər Azercell Telekom MMC-nin nailiyyətlər və uğurlarla dolu bir ili geridə qoyduğunu bildirməyə əsas verir. Ölkənin lider mobil operatoru Azercell Telekom, yeni ildə də müştərilərini güvənli və yüksək keyfiyyətli rabitə ilə təmin etmək, sürətli Mobil İnterneti hamı üçün əlçatan etmək, xidmət səviyyəsini daim yüksək saxlamaq, bazara yeni innovativ həllər və yeni texnologiyalar gətirməklə öz fəaliyyətini davam etdirəcək.