Eldar Əzizov sakinlərlə yenidən görüşdü - “Kirayə pulu veriləcək...”

14:47 - 25 Yanvar 2018 - Xəbər

Səbail rayon icra başçısı Eldar Əzizov bu gün sürüşmə zonasında və həmin ərazidən köçürülən sakinlərin yerləşdirildiyi 163 saylı orta məktəbdə olub. 
 

İcra hakimiyyətindən "Ucnoqta.az"-a verilən xəbərə görə,  Eldar Əzizov bu gün sürüşmə zonasında olub və həmin ərazidən köçürülən sakinlərin yerləşdirildiyi 163 saylı orta məktəbdə sakinlərlə görüşüb. 
Eldar Əzizov sürüşmə zonasında görülən işlərlə tanış olub. Daha sonra isə məktəbdə müvəqqəti yerləşdirilən 68 sakinlə görüş keçirib.  İcra başçısı vətəndaşların yerləşmə şəraiti və digər problemləri ilə maraqlanıb. 
Qeyd olunmuşdur ki, ərazidə apaşdırma aparam mütəxəssislər həmin dağ yamacının  altında iki yeraltı çayın axırdığını müəyyən ediblər. Bu çaylarda suyun səviyyəsinin dəyişməsi, eləcədə yağıntıların səviyyəsinin artması sürüşməyə səbəb olan amillərdəndir. 
Görüşdə bildirildi ki, artıq bu məsələ ilə bağlı Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul olunub. Sürüşmə zonasından çıxarılan 80 ailə, 390 nəfərə bu aydan etibarən müvəqqəti olaraq kirayə haqqı ödəniləcək. 

Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər qurumlarla birgə ərazidə araşdırma aparılır. Nəticə müəyyən olunanadək sakinlər kirayə haqqı ilə təmin olunacaq. Nəticədə bəlli olduqdan sonra çıxarılan rəyə uyğun tədbirlər görüləcəkdir. Əgər ərazidə təhlükə davam edərsə, vətəndaşlara birdəfəlik kompensasiya verilərək ərazidən köçürülmə məsələlərinə baxılacaqdır. 

 

Xəbər xətti