"Qarışıq meyvə qurusu" yükündə narkotik aşkarlandı

10:07 - 3 Aprel 2026 - İQTİSADİYYAT

"Qarışıq meyvə qurusu" yükündə 112 kiloqramdan artıq narkotik vasitə aşkar edilib.

Bu barədə Ucnoqta.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

"Qarışıq meyvə qurusu" yükü aparan nəqliyyat vasitəsinə "Astara" gömrük postunda stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsində üzəri quru meyvə ilə örtülərək gömrük nəzarətindən gizlədilən ümumi təmiz çəkisi 112 kiloqram 529 qram xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.

Xəbər xətti