Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya səfər edəcək

01:45 - 26 Yanvar 2018 - Xəbər

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar fevral ayında Bakıya səfər edəcək.
 

"Ucnoqta.az" xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə Avropa İttifaqının mətbuat xidmətindən məlumat verilib. Səfərin dəqiq tarixi hələ müəyyənləşdirilməyib.
 

Məlumata görə, səfər çərçivəsində T.Klaar bir neçə mühüm görüşlər keçirəcək.
 

Qeyd edək ki, T.Klaar noyabrın 13-də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı məsələləri üzrə xüsusi nümayəndəsi təyin olunub.
 

Bu vəzifəyə təyin olunmamışdan öncə T.Klaar Aİ-nin Gürcüstanda müşahidəçilər missiyasının rəhbəri postunu tutub.
 

Xatırladaq ki, bundan öncə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber olub.

Xəbər xətti