Bayram günündə 4 nəfər dəm qazından zəhərlənib

11:31 - 2 Yanvar 2018 - Xəbər

Bayram günündə 4 nəfər dəm qazından zəhərlənib.   Ucnoqta.az xəbər verir ki, bunu Lent.az-a Səhiyyə Nazirliyinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.   Azər Maqsudov bildirib ki, bayram günlərində dərmanlarla bağlı müraciətlər də olub: "2 nəfərdə dərmanlarla bağlı allergik reaksiya verib, 1 nəfərdə isə dərman zəhərlənməsi olub”.   Baş toksiokoloq qeyd edib ki, zəhərlənmələr zamanı ölüm olmayıb.

Xəbər xətti