İraq gözəli ölkədən qaçdı - Fotoya görə

11:18 - 16 Dekabr 2017 - Xəbər

Ötən ay Las Veqas şəhərində keçirilən gözəllik müsabiqəsində İraq gözəli Sara İdan ilə İsrail gözəli Adar Qandelsmanın çəkdirdiyi foto qalmaqala səbəb olub.
 

Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, iraqlı gözəl sülh naminə çəkdirdiyi fotoya görə ölümlə hədələndiyini bildirib. Bu səbəbdən Sara ailəsi ilə ölkədən qaçmaq məcburiyyətində qalıb.

 

Noyabr ayında keçirilən tədbirdən sonra iki gözəl dostluq münasibəti qurub. Bu səbəbdən də sülh naminə birlikdə foto çəkdirib. Amma bu foto İraqda qalmaqala səbəb olub. İdan və ailəsi təhdidə məruz qalıb. Bu səbəbdən ölkəni tərk etmək məcburiyyətində qalıb.

İdanın başına gələnləri isə Qandelsman dünyaya çatdırıb. Yəhudi gözəl İsrail mətbuatına açıqlama verib: "Bu fotodan sonra İdanın ailəsi ölüm qorxusu ilə ölkədən qaçmağa məcbur edildi. İnsanlar onları öldürmək istəyirdilər və foto silinməsə, tacını geri alacağını bildirirdilər. Ailə hadisələr sakitləşənə qədər ölkədən qaçıb".


Xəbər xətti