Samuxda ev yanıb, sahibi yanıq xəsarətləri alıb

14:33 - 29 Noyabr 2017 - Cəmiyyət

Samuxda fərdi yaşayış evində yanğın baş verib. 

Ucnoqta.az "Report"un Qərb bürosunun məlumatına istinadən bildirir ki, hadisə rayonun Qarayeri qəsəbəsində qeydə alınıb. 

Ev sahibəsi, 1972-ci il təvəllüdlü Nadejda İkram qızı Məmmədova yanğın zamanı evdəki bəzi əşyaları çıxarmaq istəyərkən müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib. 
Yanğın söndürülüb, evə və əşyalara ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti