Azərbaycanın dövlət sərhədlərini pozmaq istəyən iki nəfər saxlanılıb

14:14 - 27 Noyabr 2017 - Xəbər

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən narkotik vasitə­lərin qaçaqmal yolu ilə ölkə ərazisinə gətiril­məsinin qarşısı alınıb.

Ucnoqta.az DSX-nın Mətbuat Mərkəzindən "Report"a verilən məlumata istinadən bildirir ki, noyabr ayının 24-də Astara rayonunun Oruc­məhəllə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respub­likasından Azərbaycan Res­publikası istiqamətində dövlət sərhə­dinin pozulmasına cəhd edilib. 
Sərhədçilərin sayıqlığı nəticəsində dövlət sərhədinin pozul­masının qarşısı alınıb, hadisə ye­rindən qaçmağa cəhd edən 2 nəfər sərhəd pozucusu yaxalan­ıb.
İran İslam Respublikasının vətəndaşları olan sərhəd pozucula­rının - 1972-ci il təvəllüdlü Sasanian Vəhdət Qasım oğlunun və 1973-cü il təvəllüdlü Qəvipur Xotpesara Fərəc oğlunun üzərindən 2 kq 355 qram heroin, 3 kq 10 qram tiryək, 355 qram “Metamfetamin” və 993 ədəd psixotrop dərman preparatı olan “Metadon” həbi aşkar olun­ub.
Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Xəbər xətti