İstirahət günlərində 15 yol qəzası - 7 ölü, 18 yaralı

10:42 - 27 Noyabr 2017 - Xəbər

Azərbaycanda istirahət günlərində 15 yol qəzası baş verib.

Ucnoqta.az Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata istinadən xəbər verir ki, noyabrın 25-də ölkənin avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalarda 4 nəfər ölüb, 10 nəfər isə xəsarət alıb.

Noyabrın 26-da isə avtomobil yollarında baş verən 6 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 8 nəfər isə xəsarət alıb.

Xəbər xətti