2018-ci ilin dövlət büdcəsi layihəsi sabah Milli Məclisdə müzakirə olunacaq

10:36 - 20 Noyabr 2017 - Xəbər

 Baş nazir Artur Rasi-zadə iclasda iştirak edəcək

Noyabrın 21-dən Azərbaycan Milli Məclisinin (MM) plenar iclaslarında 2018-ci ilin dövlət büdcəsi layihəsi müzakirə olunacaq. Noyabrın 23-dək davam edəcək plenar iclaslarda Baş nazir Artur Rasi-zadə başda olmaqla, hökumət üzvləri iştirak edəcəklər.
Plenar iclasın yekununda 2018-ci ilin dövlət və icmal büdcəsi layihələrinin təsdiqi gözlənilir.report

Xəbər xətti