“AtaSığorta” ASC yeni ISO 9001:2015 beynəlxalq keyfiyyət sertifikatını əldə etdi

12:28 - 15 Noyabr 2017 - Xəbər

“AtaSığorta” ASC növbəti 3 il müddətinə “Intertek”  şirkəti tərəfindən yeni ISO 9001:2015 beynəlxalq sertifikatına layiq görülmüşdür. Şirkət 2005-ci ildən fəaliyyətini Beynəlxalq Standartlaşma Təşkilatının (ISO) keyfiyyət idarəetmə sisteminin tələbləri əsasında həyata keçirir.
“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir.  Şirkət 35 milyon manata yaxın aktivlərə malik olmaqla 28 sığorta növü - 24 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. AtaSığorta həmçinin təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 90-dan artıq filial, nümayəndəlik və ofislər daxildir.

 

Xəbər xətti