Sabunçu rayonunda su kəsiləcək

10:23 - 15 Noyabr 2017 - Xəbər

Bakı şəhəri Sabunçu rayonu Yavər Əliyev küçəsindən keçən 1000 mm diametrli magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi  ilə əlaqədar 15 noyabr 2017-ci il tarixində gün ərzində Bakıxanov və Sabunçu qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır. Bu barədə Ucnoqta.az "Azərsu" ASC-yə istinadən xəbər verir.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Xəbər xətti