Proqnozlar Bürosu: "Sabah havanın temperaturu 4 dərəcəyədək yüksələcək"

10:34 - 25 Oktyabr 2017 - Xəbər

"Oktyabrın 26-da ölkə ərazisində havanın temperaturu 2-4 dərəcəyədək yüksələcək". Ucnoqta.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib. O bildirib ki, sabah havanın temperaturu Bakı və Abşeron yarımadasında 20-24, bölgələrdə 21-26, dağlıq ərazilərdə isə 12-18 dərəcə isti təşkil edəcək: "Sabah gün ərzində Abşeron yarımadasında hava şəraitinin gün ərzində dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq".

G.Məmmədova qeyd edib ki, oktyabrın 26 axşam və 27-də bəzi yerlərdə qısa müddətli yağış yağacağı ehtimal olunur. 

Xəbər xətti