İsveçrədə İran-ABŞ danışıqları birbaşa olacaq

15:45 - 18 İyun 2026 - DÜNYA

İran və ABŞ nümayəndə heyətləri cümə günü İsveçrədə birbaşa danışıqların ilk mərhələsini keçirəcəklər. Bu danışıqlar zamanı İranın nüvə proqramı da daxil olmaqla bir sıra texniki məsələlər müzakirə olunacaq.

Ucnoqta.az xəbər verir ki, Əl-Ərəbiyyə bu barədə mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, tərəflər "ranın nüvə proqramı ilə bağlı siyasi aspektləri, İran əleyhinə sanksiyaların qaldırılması və İran aktivlərinin dondurulmasının aradan qaldırılması ilə bağlı hüquqi aspektləri, eləcə də Livan və şiə hərəkatı "Hizbullah"ın fəaliyyəti ilə bağlı məsələləri müzakirə etməyi planlaşdırırlar. Görüşlər Sürixdə baş tuta bilər.

Kanalın mənbələrinə görə, danışıqlarda Qətər və Pakistandan nümayəndələr, bəzi görüşlərdə isə Türkiyə və Səudiyyə Ərəbistanından nümayəndələr də iştirak edəcək.

Xəbər xətti