İyunun 18-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova tərəfindən vətəndaş qəbulu keçirilib.
Ucnoqta.az xəbər verir ki, qəbul zamanı vətəndaşların tələbələrin köçürülməsi, işlə təmin olunma, eləcə də digər məsələlərlə bağlı müraciətləri dinlənilib.
Müraciətlər, o cümlədən vətəndaşların təklif və şikayətləri diqqətlə dinlənilib, qaldırılan məsələlərə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq izahatlar verilib. Həlli əlavə araşdırma tələb edən müraciətlər üzrə aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində vətəndaş qəbulu həftəiçi beş gün saat 09:00-dan 18:00-dək həyata keçirilir. Rəhbər vəzifəli şəxslərin qəbuluna yazılmaq üçün Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəsi ilə iş günləri və iş saatları ərzində əlaqə saxlamaq mümkündür.