İsrail Müdafiə Qüvvələrinin (İMQ) batalyon komandiri və üç İsrail əsgəri Livanın cənubunda radikal yaraqlıların hücumları nəticəsində həlak olub, daha beş əsgər isə yaralanıb.
Ucnoqta.az xəbər verir ki, İMQ-nin sözçü ofisi bu barədə məlumat yayıb.
Bundan əlavə, İMQ-nin sözçüsü əlavə edib ki, cümə gecəsi Livanın cənubunda pilotsuz təyyarələrin hücumu nəticəsində bir İMQ zabiti və daha dörd əsgər yaralanıb.