Bakıda avtobus sürücüsündən təhlükəli əməl - telefonla danışaraq ...

11:09 - 11 İyun 2026 - Xəbər

Bakıda sürücüsü sərnişinlərin həyatını təhlükəyə ataraq sükan arxasında telefonla danışaraq avtobusu idarə edib.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı tanınmış memar Elçin Əliyev sosial şəbəkədə bildirirb.
"Bu səhər qızımla birlikdə 18 nömrəli avtobusla gedirdim. Sürücü bütün yol boyu sərnişinlərlə dolu avtobusu bir əli ilə idarə edir, o biri əlində isə telefon tutaraq fasiləsiz danışırdı".

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə görə, sürücünün sükan arxasında ikən telefonu əlinə alaraq danışması qadağandır və buna görə cərimə nəzərdə tutulur. Bu hərəkətin təkcə sürücü üçün deyil, həm də avtobusda olan sürücülər üçün təhlükə törətməsi məsuliyyəti daha da artırır.


Xəbər xətti